BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub

BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub

Ötən il bu ölkədə 650 azyaşlı terror qruplaşmaları  tərəfindən öldürülüb
 
BMT-nin Uşaq Fondunun (YUNİSEF) məlumatına görə, 2016-cı ildə Suriyadakı hərbi konfliktdə rekord sayda uşaq həlak olub.
 
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, ötən il bu ölkədə 650 azyaşlının silahlı terrorçular tərəfindən öldürüldüyü açıqlanıb.
 
Bundan əlavə, Suriyada müxtəlif xəstəliklər səbəbindən daha bir neçə yüz uşaq dünyasını dəyişib. 
 
Məlumatda qeyd olunur ki, azyaşlılar zəruri dərmanlarla və tibbi yardımla təchiz olunsaydı, onlar yaşaya bilərdi.
 
YUNİSEF-dən əlavə ediblər ki, 2016-cı ildə azı 851 uşaq silahlı terrorçuların tərəfində hərbi əməliyyatlarda iştirak etməyə məcbur olub. Bu rəqəm 2015-ci illə müqayisədə 2 dəfə çoxdur
 
Keçən ilin noyabrında bildirilirdi ki, Suriyada mühasirə şəraitində yaşayan uşaqların sayı bir il ərzində ikiqat artıb və 500 minə çatıb.
 
Qeyd edək ki, 2011-ci ilin mart ayından Suriyada hökümət qüvvələri ilə  ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında silahlı qarşıdurma gedir. /

Google+ WhatsApp ok.ru