BMT: 3,9 mlrd. insan internetdən istifadə etmir

BMT: 3,9 mlrd. insan internetdən istifadə etmir

İnternetin sürətlə inkişaf etməsinə baxmayaraq dünyada 3,9 mlrd. insan internetdən istifadə etmir.
 
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin hesabatında deyilir.
 
Bildirilir ki, mobil genişzolaqlı internetdən 84% dünya əhalisi istifadə edə bilmir.
 
Dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı indeksində birinci yeri Koreya tutub. İlk beş ölkələr sırasına İslandiya, Danimarka, İsveçrə və Böyük Britaniya daxil olublar. /

Google+ WhatsApp ok.ru