Facebook yeni iş yerləri açacaq - VİDEO

Facebook yeni iş yerləri açacaq - VİDEO

"Facebook" sosial şəbəkəsi London şəhərində yeni qərargah açıb 500 də yeni iş yeri yaradacaq. Bu haqda məlumatı şirkətin Avropa Şöbəsinin  başçısı Nikola Mendelson verib. Qarşıdan gələn ilin sonunadək yeni qərargahda 1500 nəfər işləyəcək. Binanın tikintisi Londonun Fitsroviya rayonunda həyata keçirilir.
 
Xatırladaq ki, daha əvvəl "Google" korporasiyası Londondakı öz qərargahını genişləndirməyə dair planları haqda xəbər vermişdi.
 
"Google" əlavə 10 mərtəbəli bina tikərək 3 min yeni iş yeri açacaq.(İslamazeri/euronews)
 

Google+ WhatsApp ok.ru