BMT: ‘ABŞ general Qasim Süleymaninin sui-qəsdini qanuni göstərmək üçün dəlil təqdim edə bilmədi’

BMT: ‘ABŞ general Qasim Süleymaninin sui-qəsdini qanuni göstərmək üçün dəlil təqdim edə bilmədi’

BMT-nin məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard İranın Qüds Korpusunun komandiri şəhid general-leytanant hacı Qasım Süleymaniyə edilən terror hücumu ilə bağlı açıqlama verib.
 
 Aqnes Kallamard ABŞ-ın bu sui-qəsdi qanuni göstərmək üçün öz maraqlarına davam edən bir hücum olduğunu sübut edə biləcək bir dəlil təqdim edə bilmədiyini bildirib.
 
BMR rəsmisi, həmçinin hesabatında hücumun BMT Konvensiyasını pozduğunu qeyd edərək, silahlı pilotsuz təyyarələrlə hədəflənən hücumların araşdırılmasını və bu silahlar üçün hərtərəfli qaydaların tətbiq edilməsini istəyib.
 
Aqnes Kallamard fevral ayında verdiyi bəyanatında isə, ABŞ-ın İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) Qüds Qüvvələrinin komandiri şəhid Qasım Süleymaninin öldürülməsini beynəlxalq qanunların pozulması kimi qiymətləndirmişdi.
 
Xatırladaq ki, İranın Qüds Korpusunun komandiri şəhid general-leytanant hacı Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi qüvvələrinin komandir müavini şəhid Əbu Mehdi Əl-Mühəndis yanvarın 3-ü Bağdadda ABŞ tərəfindən edilən terror hücumunda şəhid olub. /deyerler.org
 

Google+ WhatsApp ok.ru