BMT: Arakanlı müsəlmanlar üçün heç bir iş görülmür

BMT: Arakanlı müsəlmanlar üçün heç bir iş görülmür

Arakanlı  müsəlmanların Banqladeşə qaçmaq məcburiyyətndə qoyan problemlərin həlli  yönündə heç bir iş görülməyib.
 
Maide.Az "faktxeber"ə istinadən xəbər verir ki, bunu BMT Baş Katibinin Humanitar məsələlər üzrə müavini  Mark Lovkok Banqladeşə səfərindən sonra deyib.
 
Lovkok, Myanmarın  insanları geri qaytarmaq üçün təhlükəsizlik tədbirləri görmədiyini, arakanlı  miqrantların də bu fikirdə olduqlarını, onların azadlıq, təhsil, iş və sosial xidmətlərdən yararlanma təminatı istədiyini vurğulayıb.
 
Baş Katibin müavini həmçinin miqrantlar üçün 962 milyon dollarlıq  dəstək çağırışının sadəcə 17 faizinin  qarşılanmasından narahatlığını ifadə edib və deyib ki, maliyyə yardımı olmazsa ərzaq, tibbi yardım kimi xidmətlərdə ciddi problemlər yaranacaq.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) Filippo Grandi isə miqrant uşaqlar probleminə toxunub. Onun sözlərinə görə, 12 yaşından kiçik 540 min miqrant uşağın təqribən yarısının təhsil almır: «Əgər təhsil və normal  bir həyat yaşama fürsəti verilməzsə  bu çox böyük qrupun 10 ildə hansı vəziyyətə düşə biləcəyindən narahatlıq keçiririk».
 
Grandi digər qrup uşaqlara verilən təhsilin də çox məhdud olduğunu və bunun dünyanın ən böyük miqrant böhranlarından biri olduğunu vurğulayıb.
 

Google+ WhatsApp ok.ru