BMT baş katibi postu uğrunda seçkilərin üçüncü turu baş tutub

BMT baş katibi postu uğrunda seçkilərin üçüncü turu baş tutub

 
Portuqaliyanın eks-baş naziri Antoniu Qutyerreş BMT baş katibi postu uğrunda seçkilərin üçüncü turunda qalib gəlib.
 
AFP agentliyinin verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə A.Qutyerreşin lehinə 11, əleyhinə isə 3 səs verilib.
 
Üçüncü turun nəticələrinə görə ikinci yerdə Slovakiyanın XİN rəhbəri Miroslav Layçak qərarlaşıb. O, ötən raundda ikinci olmuş Sloveniyanın sabiq prezidenti Danilo Turku qabaqlayıb.
 
Hazırda 10 namizəd BMT baş katibi vəzifəsi uğrunda mübarizə aparır. Xatırladaq ki, seçkilərin ilk iki turunda da ən çox səs Antoniu Qutyerreş toplayıb.
 
Qeyd edək ki, hazırkı baş katib Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. (apa)  /

Google+ WhatsApp ok.ru