BMT-dən Bəhreyn rəhbərliyinə xəbərdarlıq

BMT-dən Bəhreyn rəhbərliyinə xəbərdarlıq

 
BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı Bəhreyndə insan hüquqları pozuntularının davam etməsini tənqid edib.
 
Əl-Aləm-ə istinadən xəbər verilir ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd bin Raad Əl-Hüseyn dünən mövzu ilə bağlı açıqlama verib. O, Bəhreyndə insan hüquqlarının pozulmasını qınayaraq, həbslərin hələ də şiddətlə davam etdirildiyini, xalq etirazlarının qarşısının alındığını və ölkədəki mövcud hüquq və azadlıqların faciəvi səviyyəyə çatdığını açıqlayıb.
 
Zeyd bin Raad Əl-Hüseyn, həmçinin Ali Xəlifə rəhbərliyinin İnsan Haqları Şurasının tövsiyələrini nəzərə almadığını bildirib.
 
Bu arada ölkədə Ayətullah İsa Qasımın vətəndaşlıqdan məhrum edilməsinə qarşı nümayişlərin də hələ də davam etdiyi bildirilir. (deyerler.org) /

Google+ WhatsApp ok.ru