BMT: Myanma hakimiyyəti müsəlmanlara qarşı zorakılıqları davam etdirir 17 Sentyabr 2019 13:58 Dünya Myanma hakimiyyəti Arakan sakinlərinə qarşı "qeyri-insani hərəkətlər və zorakılıqlar" etməyə davam edir Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, BMT-dən verilən açıqlamaya görə, Myanma hakimiyyətinin Rohingya müsəlmanlarına qarşı etdiyi zorakılıq hərəkətlərinə dair yeni dəlillər ortaya çıxıb. BMT, Myanma hökumətinin Arakandakı müsəlmanlara qarşı "qeyri-insani hərəkətlər və zorakılıqlar" etməyə davam etdiyinə dair nəticəyə gəlib. Yeni hesabata görə, 600 min Arakanlı hələ də Myanmada daha pis şərtlərdə soyqırım təhlükəsi altındadır. Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və soyqırım başlayıb. Bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb. Bölgədəki humanitar vəziyyət kəskin şəkildə pisləşib. 1970-ci illərdən bəri Myanmada Rohingya müsəlmanları mütəmadi hücumlara və etnik təmizlənməyə məruz qalır. İki milyona çatan Myanma müsəlmanlarının 80 faizi qonşu ölkələrə sığınıb. Teqlər : #BMT:,#Myanma,#hakimiyyəti,#müsəlmanlara,#qarşı,#zorakılıqları,#davam,#etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda prezidentin mitinqinə TERROR hücumu, 24 nəfər ölüb - YENİLƏNİB Son 9 ildə dünyada miqrantların sayı 51 milyon nəfər artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO