BMT-nin baş katibi Liviyada dərhal atəşin dayandırılması haqqında çağırış edib

BMT-nin baş katibi Liviyada dərhal atəşin dayandırılması haqqında çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş Liviyada dərhal atəşin dayandırılması və siyasi dialoqa qayıdılması haqda çağırış edib.
 
Bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyuzarrik deyib.
 
Qeyd edək ki, öncə Liviyada olan BMT missiyası bildirib ki, Tacura rayonunda qanunsuz miqrantların saxlanılma mərkəzinə edilən hava zərbəsi nəticəsində 44 nəfər həlak olub, 130 nəfərdən çoxu xəsarət alıb. /Trend /
 

Google+ WhatsApp ok.ru