BMT təsdiqlədi: Myanma ordusu Rohinciyalı müsəlmanlara hücum edib 12 Oktyabr 2017 01:00 Dünya BMT müfəttişləri Myanma ordusunun Rohinciyalı müsəlmanlara qarşı hücumları qəsdən törətdiyini təsdiqləyib. Maide.Az-a xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT-nin müfəttişi Thomas Hank bidirib. O hesabatında qeyd edib ki, Myanma təhlükəsizlik qüvvələrinin Rohinciyalı müsəlmanların evlərini, əkin sahələrini və kəndlərini yandırmasına dair çox etibarlı sənəd və sübutlar əldə olunub. T.Hank deyib ki, Myanma təhlükəsizlik qüvvələri Raxin əyalətinin şimalındakı kəndləri qəsdən yandırmaqla müsəlmanların bir daha geri dönməməsi üçün çalışır. “Onlar Rohinciyalı müsəlmanları yaşadıqları ərazidən qovmaqla yanaşı həmdə onların kəndlərini, əkin sahələrini və evlərini yandırır ki, müsəlmanlar bir daha geri dönməsin”. Qeyd edək ki, avqust ayının 25-dən Myanma müsəlmanlarına qarşı təhlükəsizlik qüvvələri və ifratçı buddistlərin hücumları artıb. Bölgədə humanitar vəziyyət kəskin şəkildə pisləşib. Banqladeşə qaçan Arakan vilayətinin sakinlərinin sayı 515 min nəfəri keçib. Teqlər : #BMT təsdiqlədi: Myanma ordusu Rohinciyalı müsəlmanlara hücum edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub -YENİLƏNİB Çində İslami kitabların çap və satış mərkəzinin sahibi həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO