BMT qətnamə qəbul etdi

BMT-nin Təhlükəsizlik Şurası İraq və Suriya ilə bağlı növbəti qətnamə qəbul edib. Qətnamə İraq və Suriyaya əcnəbi muzdlu döyüşçülərin cəlb olunması və maliyyələşdirilməsi ilə məşğul olan 6 nəfərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur. Həmin şəxsləri beynəlxalq səyahətlərinə qadağa qoyulub və aktivləri dondurulub. Böyük Britaniya tərəfindən təklif olunan qətnamə layihəsi həmçinin "Əl-Qaidə" terror qruplaşması ilə əlaqəli olan bütün qruplaşmaların dərhal silahsızlaşdırılması və dağıdılmasını tələb edir.

Google+ WhatsApp ok.ru