BMT Qəzzada yeni müharibə ilə bağlı xəbərdarlıq etdi

BMT Qəzzada yeni müharibə ilə bağlı xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq regionu üzrə yeni emissarı Nikolay Mladenov Qəzzada yeni müharibənin baş verəcəyi ilə bağlı xəbərdarlıq edib. 
 
Maide.Az “sputnik”ə istinadla xəbər verir ki,  N.Mladenov deyib ki, Qəzzada Həmas və İsrail rejimi arasında yeni müharibənin astanasındadır.  
 
Onun sözlərinə görə, Qəzzada durum hər gün daha da pisləşir.  
 
Qeyd edək ki, 2007-ci ildən sionist rejim Qəzzanı mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib.
 
Dünya Bankının (DB) sentyabrın 27-də açıqladığı məlumatda deyilir ki, Qəzza zolağında iqtisadiyyat ciddi şəkildə çökmək üzrədir.
 
Qurumun hesabatında bölgədə yaşanmaqda olan ağır iqtisadi tənəzzülün əsas səbəbi kimi İsrail rejiminin 12 ildir tətbiq etdiyi blokada göstərilib.
 
Artıq Qəzzada hər iki nəfərdən biri işsizdir, bu da o deməkdir ki, işsizlik səviyyəsi 50 faizi keçib. Gənclərin isə 70 faizi işsizdir.
 
Hesabat Qəzza iqtisadiyyatının "sərbəst çöküş" vəziyyətində olduğunu, 2018-ci ilin ilk rübündə 6 faizlik tənəzzül yaşadığını yazıb və tənəzzülün getdikcə daha da sürətləndiyini açıqlayıb.

 

Google+ WhatsApp ok.ru