BMT rəsmisi: `İŞİD yaraqlılarının 50 faizi ölkələrinə geri qayıdıb`

BMT rəsmisi: `İŞİD yaraqlılarının 50 faizi ölkələrinə geri qayıdıb`

BMT baş katibinin müavini və Terrorla Mübarizə Komitəsinin direktoru Jan Pol Laborde İŞİD-in xarici döyüşçülərinin 40-50%-nin Avropa və digər ölkələrə geri qayıtdığını bildirib. O, bundan sonra qayıdacaq İŞİD yaraqlılarının daha təhlükəli olduğunu söyləyib.
 
Deyerler.org BBC-yə istinadən xəbər verir ki, Laborde BMT baş qərargahında təşkil etdiyi mətbuat konfransında, İŞİD-in nəzarət etdiyi ərazilərin 2,5 il əvvəl ilə müqayisədə yarı-yarıya azaldığını deyib.
 
Laborde İŞİD sıralarında təxminən 12-20 min yaraqlının olmasının ehtimal olunduğunu qeyd edərək, terror təşkilatının son aylarda gəlir mənbələrinin da azaldığına diqqət çəkib.
 
Təşkilatın qaçaqmalçılıq, tarixi əsər qaçaqmalçılığı, adam qaçırma kimi, mütəşəkkil cinayətlərdən əldə etdiyi gəlirin də azaldığını deyən Laborde belə danışıb: "İŞİD-in illik gəlirinin 13 milyon dollara qədər azaldığı güman edilir".
 

Google+ WhatsApp ok.ru