BMT İranla bağlı hesabat yaydı

İran 2013-cü ildə dünya gücləri ilə əldə olunmuş aralıq nüvə sazişinə əməl edir, az zənginləşdirilmiş uran qazı ehtiyatını azaldır. Maide.az xəbər verir ki, bu barədə BMT-nin iyulun 1-də yaydığı hesabatda deyilir.
 
Beynəlxalq Atom Enerjisi Agentliyi konfidensial aylıq hesabatda bildirir ki, İranın az zənginləşdirilmiş qazı aralıq sazişdə göstərilmiş 7.6 tonluq həddən aşağıdır.
 
ABŞ rəsmiləri bu hesabata əsasən İranın aralıq sazişə əldə etdiyini söyləyiblər. Bu arada Vyanada yekun saziş üzrə danışıqlar gedir. 

Google+ WhatsApp ok.ru