BMT Səudiyyə Ərəbistandan ölkənin şərqində Əvamiyyə bölgəsində evlərin dağıdılmasını dayandırmağı istəyib

BMT Səudiyyə Ərəbistandan ölkənin şərqində Əvamiyyə bölgəsində evlərin dağıdılmasını dayandırmağı istəyib

BMT Səudiyyə Ərəbistandan istəyib ki, tez bir zamanda ölkənin şərqində Əvamiyyə bölgəsində şiələrin məskunlaşdığı və tarixi abidələri ilə məşhur olan Mousavarah qəsəbəsində evlərin dağıdılmasını dayandırsın. 
 
Maide.Az "Al-Alam"ə istinadən xəbər verir ki, Mousavarah qəsəbəsi Qətif əyalətinin Əvamiyyə şəhərində yerləşir və hazırda Ali-Səud rejim qüvvələri bu bölgədə əhalinin evlərinə hücum edərək onların evlərini dağıdır. İnsanlar öz evlərini qorumaq üçün təhlükəsizlik qüvvələrinə müqavimət göstərir. 
Hazırda bu qarşıdurmalar zamanı onlarla Əhli-beyt (ə) ardıcılı şəhid edilib.  
 
BMT Səudiyyə rejimindən istəyib ki, bu bölgədə insanların evlərini dağıtmağı tez bir zamanda dayandırsın. Əhaliyə onlara dəymiş ziyana görə kompensasiya ödəsin, lakinAli-Səud rejimi BMT-nin bu istəyinə cavab verməyib. 
 
May ayının 24-də də BMT-nin insan hüquqları üzrə ali komissarlığı bəyanat yayaraq Səudiyyə rejim qüvvələrinin Mousavarah qəsəbəsinə hücumunu insan hüquqlarının aşkara pozulması kimi dəyərləndirmiş və 400 illik tarixi olan bu bölgədəki evlərin dağıtmağı dayandırmağa çağırmışdır.
 
Ərəbistan rejimi may ayınn 10-dan Əvamiyyənin bu qəsəbəsinə hücum edib və bu müddət ərzində onlarla insanı şəhid edib, çox sayda evi dağıdıb və insanlara külli miqdarda ziyan vurub. 
Tarixi binalara od vurub yandırıblar. Təhlükəsizlik qüvvələrinin insanlara qarşı odlu silahla atəş açması, insanları evlərindən didərgin düşməsinə səbəb olub. /
 
واکنش سازمان‌ ملل به تخریب خانه‌های شیعیان در العوامیه

Google+ WhatsApp ok.ru