BMT TŞ Ərəbistanın Qətif vilayətindəki hücumu pisləyib - VİDEO

BMT-nin Təhlükəsizlik Şurası İŞİD-in məsuliyyətini üzərinə götürdüyü dünən Ərəbistanın Qətif məntəqəsində şiələrin məscidinə qarşı edilmiş terror hücumunu pisləyib.
 
Maide.az-ın məlumatına görə, Ərəbistanın Qətif şəhərindəki İmam Əli(ə) məscidində baş vermiş bu partlayış 22 nəfərin şəhid olması və 100 şiə namazqılanın yaralanmasına səbəb olub. 
 
Terrorçu İŞİD qrupu bu hücumun məsuliyyətini üzərinə götürüb. 
 
İran, Ərəb Liqası, İngiltərə və Amerika bu terror hücumunu şiddətlə pisləyiblər.

Google+ WhatsApp ok.ru