BMT Təhlükəsizlik Şurasının Kəşmir üzrə iclasının vaxtı bilinib

BMT Təhlükəsizlik Şurasının Kəşmir üzrə iclasının vaxtı bilinib

Hindistan və Pakistan arasında keçmiş Cammu və Kəşmir əyaləti ətrafındakı vəziyyətlə bağlı əlaqələrin gərginləşməsinə dair BMT Təhlükəsizlik Şurasının iclası cümə günü keçiriləcək.
 
Bu barədə Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən TASS məlumat yayıb.
 
"Sədr iclasın qapalı məsləhətləşmələr formatında cümə günü keçirilməsi barədə qərar qəbul edib", - deyə o bildirib. /Report
 

Google+ WhatsApp ok.ru