BMT TŞ Konqoda Ebola virusu ilə mübarizə üzrə qətnamə qəbul edib 31 Oktyabr 2018 08:48 Dünya BMT Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında Ebola virusuna qarşı mübarizə üzrə 2439 qətnaməsini təsdiqləyib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, qətnamədə bildirilir ki, Təhülkəsizlik Şurası Konqodakı humanitar və təhlükəsizlik sahəsində ümumi vəziyyətlə əlaqədar yenə öz dərin narahatlığını bildirir. Bundan əlavə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatı əsasında virusun digər regionlara yayılması üzrə sonun qiymətləndirmə dərin narahatlıq doğurur. Belə ki, qiymətləndirməyə əsasən virus Uqanda, Ruanda, Cənubi Sudan və Burundiyə yayıla bilər. Ümumdünya Səhiyyə Təşkilatının 23 oktyabr üçün olan məlumatına əsasən, Konqoda 247 Ebola virusuna yoluxma halı qeydə alınıb və onlardan 212-si təsdiqlənib. Ebola virusu 159 nəfərin ölümünə səbəb olub, 65 nəfər isə sağalmağı bacarıb. Teqlər : #BMT,#TŞ,#Konqoda,#Ebola,#virusu,#ilə,#mübarizə,#üzrə,#qətnamə,#qəbul,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın müxtəlif ölkələrində Ərbəin əzadarlıqları - VİDEO Ərbəin günündə Kərbəla - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO