BMT TŞ qətnamə qəbul etdi, İran bəyanat verdi

BMT Təhlükəsizlik Şurası yekdilliklə İran və “Altılıq” arasında Vyanada qəbul olunmuş Birgə Kompleks Fəaliyyət Planını qətnamə şəklində qəbul edib.
Maide.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bütün 15 üzvü İrana qarşı bütün sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. “Qətnamə layihəsi yekdilliklə qəbul olunub”, - deyə BMT Təhlükəsizlik Şurasının dönəm sədri olan Yeni Zelandiyanın səfiri Jerar van Bohemen bildirib.
Qətnamə layihəsi Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlarda qəbul olunmuş razılaşmanın bütün bəndələrinin göstərilən müddət çərçivəsində həyata keçirilməsini nəzərdə tutur.
İran, BMT TŞ-nin nüvə müzakirələrinin yekun nəticəsinin təsdiq edilməsi ilə bağlı 2231 saylı qətnaməsinin ardınca, bildirib ki, elm və bilik o cümlədən dinc məqsədlər üçün olan nüvə texnologiyası bəşəriyyətin ümumi irsi sayılır.
İran  Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İran son dərəcə möhkəm ideoloji, strateji və beynəlxalq prinsiplər əsasında kütləvi qırğın silahlarını, xüsusilə də nüvə silahlarını mütləq şəkildə qəbuledilməz, qeyri-insani, dünya sülhü və təhlükəsizliyi üçün zərərli hesab edir. İran beynəlxalq təhlükəsizliyin təmin edilməsi və nüvə silahlarının yayılmasını qadağan edən NPT protokolu çərçivəsində bütün nüvə silahlarının məhv edilməsinə təkid edir. İran Bəşəriyyətin nüvə silahlarının təhlükəsindən nicat tapması istiqamətində bütün beynəlxalq səylərdə aktiv formada iştirak etməkdə qərarlıdır. Bunun üçün də nüvə silahlarına malik olmayan məntəqələrin xüsusilə də nüvə silahı olmayan Yaxın Şərqin formalaşdırılmasını zəruri hesab və bu istiqamətdə əməkdaşlıqlar edir." 
BMT Təhlükəsizlik Şurasının üzvləri bazar ertəsi günü keçirilən iclasda İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin sonunda İran, Amerika, Rusiya, İngiltərə, Fransa, Çin və Almaniya tərəfindən 14 iyun 2015-ci il tarixində Vyanada imzalanan yekun nəticəsini araşdıraraq, təsdiq edib. /
 

 

Google+ WhatsApp ok.ru