Moqerini tezliklə Tehrana səfər edəcək

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi yaxın günlərdə Tehrana səfər edəcəyindən xəbər verib.
Maide.az xəbər verir ki, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bazar ertəsi günü keçirdiyi mətbuat konfransında bildirib ki, Hərtərəfli Müştərək Addım Proqramını(HMAP) dəstəkləmək məqsədilə  yaxın günlərdə Tehrana səfər edəcək. 
Moqerini HMAP sənədinin BMT Təhlükəsizlik Şurasında təsdiq edilməsinə işarə edərək, əlavə edib ki,bu anlaşma İran ilə qonşu olan və region ölkələri üçün yaxşı bir anlaşmadır. 
BMT-nin Təhlükəsizlik Şurası bazar ertəsi günü 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran və altılıq ölkələri arasında əldə olunmuş razılığı ( HMAP sənədini)  təsdiq edir./

Google+ WhatsApp ok.ru