Boko Haram məscidlərə hücum edib: 100 ölü

Təhlükəsizlik rəsmiləri məscidlərə girən təxminən 800 Boko Haram terrorçusunun "Mustafa" məscidində 39, "Utaz Mahamat" məscidində 37, "Tudjanima" məscidində 22 nəfəri öldürdüyünü və məscidləri yandırdığını bildirib.
 
Maide.az xəbər verir ki, Boko Haramın bölgədəki təhlükəsizlik qüvvələri barədə məlumat ötürməyi rədd edən cəmiyyətdən intiqam aldığı  qeyd olunur.
 
Boko Haram terrorçularının Fotokolda demək olar ki, bütün dövlət binalarını qarət etdiyi və yolda rastlaşdıqları adamları odlu silahlarla, ya da boğaraq öldürdüyünü bildirən rəsmi şəxslər, təxminən 250 nəfərin xəstəxanaya aparıldığını və çoxunun vəziyyətinin ağır olduğunu vurğulayıb.
 
Rəsmi şəxslər xəstəxananın kiçik olmasına görə bütün xəstələrin müalicə edilmədiyini bildirib.
 
Nigeriya sərhədindəki Fotokol qəsəbəsində dünən Çad və Kamerun əsgərləri ilə Boko Haram terrorçuları arasındakı toqquşmalarda 300 terrorçunun öldüyü açıqlanmışdı.
 
Kamerunlu hərbi mənbələri toqquşmalarda 7 Kamerun, 16 Çad əsgəri ilə onlarla vətəndaşın öldüyünü bildirmişdi.

Google+ WhatsApp ok.ru