Bolqarıstanda “Məscidimə toxunma” aksiyası keçirilib

Bolqarıstanın Karlova şəhərində tarixi məscidi muzeyə çevirmək istəyən bələdiyyə müsəlmanlar etiraz ediblər.
Maide.az xəbər verir ki, aksiyaya Bolqarıstanın baş müftisi Mustafa Aliş Hacı və digər bölgə müftiləri də qatılıblar.
Etirazçılar “məscidlərə qarşı nifrətə son verin”, “heç kim məscidlərimizi yox edə bilməz” şüarları ilə Karlova Bələdiyyəsinə etirazlarını səsləndiriblər.
Baş mufti bildirib ki, Avropa Birliyinin üzvü olan Bolqarıstanın vətəndaşları olaraq burada müsəlmanlar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirlər.
O deyib ki, hazırda məscidin istifadədə olmaması onun heç vaxt istifadə edilməyəcəyi mənasına gəlmir.
Aksiyanın sonunda qətnamə oxunub. Aksiya insidentsiz başa çatıb./

Google+ WhatsApp ok.ru