Bolqarıstanın əhalisi azalır

Bolqarıstanın əhalisi azalır

BMT-nin apardığı araşdırmaya əsasən, Bolqarıstanın əhalisi hazırkı 7 milyon nəfəri keçməyəcək. Ən yaxşı halda Bolqarıstanda əsrin sonunda 5,5 milyon insan yaşayacaq.
 
Maide.Az "Azərtac"a istinadən xəbər verir ki,  Avropa Statistika Agentliyinin məlumatı daha pessimistdir. Məlumatda bildirilir ki, ölkədə 2100-ci ildə yalnız 2,18 milyon adam yaşayacaq. Bu rəqəm hazırda Sofiya və Plovdivin birgə əhalisinin sayına bərabərdir.
 
Bu baxımdan BMT-nin araşdırması daha müsbətdir. Belə ki, araşdırmaya görə, 2038-ci ildə Bolqarıstan əhalisi 1 milyon nəfər azalaraq 5 milyon 977 min nəfərə, 2059-cu ildə 4 milyon 989 min nəfərə, 2085-ci ildə 4 milyon nəfərə, əsrin sonuna kimi isə 3,6 milyon nəfərə çatacaq. Bütün bunlar dünya əhalisinin artımı fonunda baş verir. Afrika artıq bir neçə onilliklərdir ki, əhalinin artımı baxımından liderdir. Hindistanda əhalinin sayı isə tezliklə Çinin əhalisinin sayına yaxınlaşa bilər.
 

Google+ WhatsApp ok.ru