Borçalıda `Məbəs bayramı` keçirildi - Foto

İslam peyğəmbərinin (s) peyğəmbərliklə vəzifələndiyi gün münasibəti ilə möhtəşəm "Məbəs" bayram tədbiri keçirilib

Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən " Zeynəb (s.ə)" Qadınlar Birliyi və Əhli-Beyt (ə) Aşiqləri Formunun təşkilatçılığı ilə əziz İslam peyğəmbərinin (s) peyğəmbərliklə vəzifələndiyi gün münasibəti ilə möhtəşəm "Məbəs" bayram tədbiri keçirilib. 
 
Maide.Az "ahlibeyt.ge"yə istinadən xəbər verir. Xəbərə görə, Marneuli Mədəniyyət Evində təşkil olunan məclis Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutub. 
Bayram tədbiri Kərbəlayi Rzanın Quran tilavəti ilə açıq elan olunub.
Sonra Bakı şəhərindən təşrif buyuran "Azərbaycan" ilahi nəğmələr qrupunun rəhbəri Seyid Taleh Peyğəmbər (s) və Əhli-Beytin (ə) şəninə şer və ilahilər səsləndirib.
Məclisə Türkiyədən dəvət olunan "Cəfəri" Alimlər Birliyinin idarə heyyətinin üzvü, dəyərli alim Məhdi Aksu Məbəs günü və besətin hədəfləri mövzusunda çıxış edib.
Onun çıxışından sonra Əhli-Beyt (ə) Cəmiyyətinin tələbələri İslam dinində təkid olunan gəstərişləri səsləndiriblər.
Məclis böyük coşqu ilə Seyid Talehin səsləndirdiyi ilahilərlə davam edib. Bayram tədbiri dua və ziyafət süfrəsi ilə yekunlaşıb.
 

 

Google+ WhatsApp ok.ru