Borclarımız telefonumuza gələcək

Vətəndaşların ödəməli olduqları ödənişlər haqqında məlumatlar mobil telefonlarına gələcək.
 
Maide.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən xəbər verir ki, Elektron hökumət portalının mobil versiyası vətəndaşların istifadəsinə verilib.
 
Mobil əlavəyə giriş etdikdə qurumlar üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətindən istifadə edə bilərlər.
 
Mobil əlavə vasitəsi ilə vətəndaşlar kommunal borcları, ipoteka ödənişləri, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələri barədə real vaxt rejimində xəbər tuta biləcəklər.
 
Bildirişlər hissəsində mövcud xidmətlər birbaşa Elektron hökumət portalına bu yaxınlarda qoşulmuş Hökumət Ödəniş Portalından inteqrasiya edilir. İstifadəçi sadəcə bildiriş almaq istədiyi xidmətin bildiriş funksiyasını aktivləşdirir.
 
Qeyd edək ki, Elektron hökumət portalının mobil platformasının ilkin versiyasından hələlik İOS əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri faydalana biləcəklər. /

Google+ WhatsApp ok.ru