Bosniya: partladılmış qədim məscid yenidən açıldı - şəkillər

Bosniyada 1990-cı illər  gedən döyüşlər zamanı serb qüvvələri tərəfindən partladılmış məsçidin açılış mərəsimi keçirilib.
Banya Luka şəhərindəki tədbirə minlərlə adam qatılıb.  16-cı əsrdə tikilən Ferhad Pasha məsçidi Osmanlı dövrünə aid ən tanınan memarlıq abidələrindən biridir.
14 il sürən bərpa işlərində əsasən məbədin orjinal daşlarından istifadə olunub.
23 il əvvəl baş verən müharibə vaxtı Banya Luka şəhərinin 12-dən artıq məscidi uçurulub.  (bbc)
 
 
 
 

Google+ WhatsApp ok.ru