`Boz maaşlara son qoyulmalıdır`

`Boz maaşlara son qoyulmalıdır`

"Novoye Vremya" qəzetində "Bizim maaşlarımız məcburi sığortaya davam gətirə bilərmi?" sərlövhəli məqalədə parlamentin müzakirəsinə çıxarılan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi dəyərləndirilir.
 
Müəllif yazır ki, parlament "İşsizlikdən sığorta haqqında" qanun layihəsini qəbul etdikdən sonra icbari sığorta ödənişlərini həm işçilər, həm də işəgötürənlər ödəyəcək. Həmin ödənişlər Əhalinin Məşğulluğu üzrə Dövlət Xidməti Fonduna daxil olacaq.
 
Yazıda bildirilir ki, əgər qanun layihəsi qəbul edilərsə, artıq 2018-ci ilin yanvarından dövlət işsizliyə görə müavinətin yeni şərtlərlə ödənilməsinə başlayacaq.
 
Qanun layihəsinə görə, dövlət 9 ay işsizliyə görə müavinət ödəyəcək. 9 ay ərzində verilən müavinət tədricən azalacaq:
 
"İşsizlikdən sığortalanma bütün dünya ölkələrində adi təcrübədir. Bizdə icbari sığortanın bəzi növləri gecikmələrlə qəbul edilir. Yalnız mürəkkəb iqtisadi durum, dövlət büdcəsinə daxilolmaların azalması, neftin qiymətinin aydın olmayan gələcəyi hökuməti bu sahədə aktiv fəaliyyətə vadar etdi".
 
Yazıda bildirilir ki, ölkədə sığorta sisteminin inkişaf edə bilməsindən ötrü boz (qeyri-rəsmi) maaşların verilməsinə son qoyulmalıdır. Bu sahədə şəffaflıq təmin edilməlidir.
 
Müəllif hesab edir ki, Azərbaycan təkcə icbari sığortalanmanın tətbiqi üzrə bəzi məsələlərdə geri qalmır, həm də əhalinin gəlirləri də aşağıdır. Mövcud gəlirlərlə təminatlı şəkildə sığortalanmaq mümkün deyil. /

Google+ WhatsApp ok.ru