Ötən ay Azərbaycanda 21 nəfəri ilan sancıb

Ötən ay Azərbaycanda 21 nəfəri ilan sancıb

May ayında Azərbaycanda 21 nəfəri ilan sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş taksikoloq Azər Maqsudov APA-ya deyib ki, onlardan 14 nəfəri xəstəxanaya qəbul edilib, digər 7 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun sözlərinə görə, mərkəzə yerləşdirilənlərdən 4 nəfərin vəziyyəti ağır, digər 10 nəfərin isə orta-ağırlıqda olub: “Müraciətlər Ceyranbatan və Bakıətrafı qəsəbələrdən olub. İlan sancması nəticəsində ölüm halı baş verməyib. Ötən ay ölkədə havalar sərin keçdiyindən ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmalarında azalma qeydə alınıb”.
 
A.Maqsudov əlavə edib ki, mayda əqrəb sancma ilə bağlı xəstəxanaya 6 nəfər müraciət edib. Onun sözlərinə görə, həmin şəxslərdən 1-i xəstəxanaya qəbul edilib, digər 5 nəfər isə məsləhət verilərək evə buraxılıb. /

Google+ WhatsApp ok.ru