Brazilya Yay Olimpiya oyunlarında ABŞ-ı təmsil edən ilk hicablı idmançıdan prezidenti Donald Trampa açıq məktub 23 Mart 2017 02:00 Dünya Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Olimpiya oyunlarında ABŞ-ı təmsil edən və bu ölkə üçün medal qazandıran ilk hicablı idmançı İbtihac Məhəmməd, ölkə prezidenti Donald Trampa açıq məktub ünvanlayıb. “Maide” xəbər verir ki, İ.Məhəmməd məktubda yazıb: “Sizin seçkilər kompaniyası zamanı yaratdığınız qorxu və nifrət atmosferası, Ağ Evdə atdığınız yeni addımlarla daha da sürətlə artır. Siz prezident seçildiyiniz vaxtdan məni hava limanında saxlayıb sorğu-sual edirlər. Mənə şübhəli olmaq ittihamı ilə iş açılıb və küçədə mənə deyirlər ölkənə qayıt”. İ.Məhəmməd Donald Trampa ünvanladığı məktubda Amerikada müsəlmanların roluna toxunub və müsəlmanların ölkədə müxtəlif sahələrdə, xüsusi ilə səhiyyə, təhsil və digər sahələrdəki rolunun önəmini vurğulayıb. İbtihac Məhəmməd terrorizimin müsəlmanlara və miqrantlara heç bir aidiyyatının olmadığını vurğulayıb və deyib ki, müsəlmanlara qarşı yaradılan bu atmosfera cəmiyyətdə ədalət və bərabərlik dəyərlərini dağıdır. O, Donald Trampdan istəyib ki, müsəlmanlar üçün yaradılan bu əngəlləri aradan qaldırsın. / Teqlər : #Brazilya Yay Olimpiya oyunlarında ABŞı təmsil edən ilk hicablı idmançıdan prezidenti Donald Trampa açıq məktub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Buzlaqların hamısı əriyərsə Yer bu hala düşəcək - VİDEO Bu gün Suriya münaqişəsinin nizamlanması üzrə Cenevrə-5 danışıqları keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO