Britaniya: Baş nazir növbədənkənar seçkilərə çağıracağını deyib

Britaniya: Baş nazir növbədənkənar seçkilərə çağıracağını deyib

Bu keçidlər xarici sayta aparır və yeni pəncərədə açılacaqlar Bunu paylaşın Facebook  Bunu paylaşın Twitter  Bunu paylaşın Messenger  Bunu paylaşın Email  Paylaş
 
Birləşmiş Krallığın Baş naziri Theresa May iyun ayının 8-də növbədənkənar seçkilərin çağırılması ilə bağlı planlarını açıqlayıb.
 
Çərşənbə günü baş nazirin təşəbbüsü parlamentdə səsverməyə çıxarılacaq.
 
Theresa May deyib ki, bu seçkilər "üzümüzə gələn illərdə əminlik və stabilliyi təmin etməyin" və "verəcəyim qərarlara sizin dəstəyinizi qazanmağın" tək yoludur.
 
O, ölkənin vahid olduğu halda partiyaları "siyasi oyunlar" oynamaqla günahlandıraraq, seçkilərin bu "oyunlara" son qoyacağını deyib. (bbc) /

Google+ WhatsApp ok.ru