Britaniya Bəhreyndə yeni hərbi-dəniz bazası tikir

Britaniyanın xarici işlər naziri Filip Hammond  Bəhreynin Salman limanında yeni hərbi-dəniz bazasının tikilişi münasibəti ilə çıxış edib. 
Maide.az xəbər verir ki, F.Hammond deyib ki, bu hərbi –dəniz baza Britaniyanın Süveyş kanalı yaxınlığında davamlı olmasına zəmin yaradacaq. 
Britaniyanın yeni hərbi-dəniz bazasının tikilməsinə 50 milyon  sterlinq vəsait sərf olunacaq. Xərclərin çox hissəsini Bəhreyn rejmi öz üzərinə götürüb. 
Qeyd edək ki, yeni hərbi-dəniz bazada Britaniyanın yeni təyyarə daşıyan gəmiləri və esminesləri yerləşdiriləcək.  Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə dəniz donanması fəaliyyət göstərir.  
Rəsmi Vaşinqton və London  Bəhreyndə insan haqlarının tapdalanmasına göz yumur. Onlar Bəhreyn rejimi ilə hərbi və ticari müqavilərlərinə görə Bəhreyndə neçə illərdir ki, tapdanılan söz azadlığı, pozulan insan haqlarına  göz yumur. Vaşinqton və Britaniyanın bu addımı bir çox beynəlxalq İnsan Haqları Təşkilatları tərəfindən tənqid olunur.  /
 

Google+ WhatsApp ok.ru