Britaniyada müsəlmanların sayı artır

Britaniyada demoqrafik dəyişikliyi göstərən doğum statistikasına əsasən, bu ölkənin bir sıra şəhərlərində müsəlman uşaqların sayı xristian uşaqlarına nisbətən kəskin şəkildə artmaqdadır.

Maide.az-ın  The Daily Mail-a istinadən məlumatına görə, statistikaya görə 2011-ci ildə baş tutan siyahıyaalma göstərir ki, Britaniyanın ikinci ən böyük şəhəri olan Birmengemdə qeydə alınmış 278 623 gənclərdən 93 828 xristian ,  97 099 nəfəri  isə müsəlmandır.

Məlumata əsasən, eyni zamanda Britaniyanın digər şəhəri Bredfordda 47 144 xristian uşaq doğulduğu halda 52 135 müsəlman uşaq doğulub. Bu isə ölkədə olan uşaqların ümumi sayının 45%-ni təşkil edir.

Lesterdə müsəlmanlar xristianlardan demək olar 5 000 nəfər çoxdur. Ən kəskin fərq isə Londonun Tower Hamlets bölgəsindədir, burada uşaqların 62%-i müsəlman ailələrinə məxsusdur.
Qeyd edək ki, Böyük Britaniya Statistika İdarəsinin araşdırmalarına görə yaxın 10 ilə İslam Britaniyada ən üstün din ola bilər. Statistikaya görə, İslam Xristianlığa nisbətdə əhali arasında daha güclü yayılir və belə getsə 2020 ci ildə İslam Britaniyada ən üstün din olacaq. //


 

Google+ WhatsApp ok.ru