Britaniyanın baş nazirini “eBay”da satmaq istədilər -Foto

Böyük Britaniyanın baş naziri Devid Kemeronu “eBay”da satmaq istəyiblər.
 
İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən məlumatına görə, artıq elan onlayn hərrac saytında mövcud deyil. Buna baxmayaraq, elanın skrinşotu “İmgur” portalında saxlanılıb.

Lota əsasən, satışa “istifa olunmuş baş nazir” çıxarılıb və artıq ona heç bir ehtiyac yoxdur. “Məhsul”a qutu və təlimat əlavə edilməyib. “Məhsulu alıcı gəlib götürməlidir. Satıcı məhsula əl vermağa hazır deyil”, - deyə elanın mətnində deyilir.

 

Skrinşot yaradılana qədər Kemerona görə 65,9 funt-sterlinq təqdim edilirdi. Hərracların sonuna qədər isə beş gün qalırdı.


Bir qədər əvvəl isə Misir prezidenti Abdel Fəttah əl-Sisi də “eBay”da satışa çıxarılıb. Həmçinin ABŞ-dan olan rəssam qadın “eBay”da nəticəsiz olaraq ABŞ-ın Respublikaçılar Partiyasından olan prezidentliyə namizədi Donald Trampın çılpaq şəkilini satmağa çalışıb.

 

 
 
 

 

Google+ WhatsApp ok.ru