Britaniyanın yeni baş nazirindən İŞİD haqqında gözlənilməz açıqlama -VİDEO

Britaniyanın yeni baş nazirindən İŞİD haqqında gözlənilməz açıqlama -VİDEO

Britaniyanın yeni baş naziri Tereza Mey (Theresa May) İŞİD terror qruplaşmasının İslamla heç bir əlaqəsinin olmadığını açıqlayıb. 
 
Maide.Az xəbər verir ki, bir müddət öncə  konfransda çıxışı zamanı Britaniyanın yeni baş naziri xanım Tereza Mey İŞİD terror qruplaşması ilə bağlı bunları deyib: “İstəyirəm üz-üzə olduğumuz terrorizmin öldürücü təhlükəsi ilə bağlı sizinlə danışım. Deyvid Heyz (David Heyz) yorulmaz bir insan haqları fəalı idi ki, müsəlmanlara təkcə Suriyada deyil, bəlkə Bosniyada, Sudanın cənubunda və Liviyada yardım etdi. İki həftə öncə o, terrorçular tərəfindən qətlə yetirildi, buna görə ki, Britaniyalı idi. Onun öldürülməsi Ceym Fuli və Stiven Satlovun vəhşicəsinə öldürülməsinin ardınca baş verdi. Onlar amerikalı jurnalistlər idilər ki, Suriyadakı ağrıları və problemləri dünyaya çatdırırdılar. Deyvid Heyzi öldürən terroristlər çalışırlar özlərini “İslam Dövləti” adlandırsınlar. Lakin mən sizə həqiqəti deyirəm. Onların İslama heç bir bağlılığı yoxdur, onlar heç hökumət belə deyillər. Əminliklə deyə bilərəm ki, onların etdiklərinin Quranda yazılanlarla heç bir əlaqəsi yoxdur. Onların (terroristlərin) inandıqlarının dünyada yaşayan 1 milyarddan çox müsəlmanın inancı ilə heç oxşarlığı yoxdur. Digər terror qruplaşmaları kimi, onlar da minlərlə müsəlman vətəndaşın ölümünə səbəb olublar. Onlar İraq və Suriyanın böyük hissəsini işğal ediblər. Bu nifrət doğan idieologiyanın həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Onlar dünyada və Britaniyada müsəlmanların böyük əksəriyyəti tərəfindən qəbul olunmurlar. 
 
Quran deyir: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq". ("Hucurat", 13)
 
Quran deyir: “Dində məcburiyyət yoxdur”. ("Bəqərə", 256) 
 
Onda icazə verin bu salondan bu mesajı verək ki, ifratçılar heç vaxt bizim aramızda ixtilaf yarada bilməyəcək. 
İcazə verin bu mesajı verək ki, biz bilirik ki, İslam sülh və barışıq dinidir və bizim düşmənlərimizin idieologiyası ilə heç bir əlaqəsi yoxdur. İcazə verin britaniyalı müsəlmanlarla çiyin-çiyinə dayanaq, o şəxslər ki, toplaşıblar və “Mənim adımdan yox” deyirlər. 
Biz bu ideologiyanı məğlub edə bilmək üçün əlimizdən gələni etməliyik və Britaniyalı müsəlman gənclərin ifratçılığa meyillənməsinin qarşısını almalıyıq". /

Google+ WhatsApp ok.ru