Britaniyaya 4 min miqrant uşaq keçib - FOTO

Britaniyaya 4 min miqrant uşaq keçib - FOTO

 
Fransanın Kale şəhərinin yaxınlığındakı qaçqın düşərgəsində yetkinlik yaşına çatmamış minlərlə uşaq və yeniyetmə var. 
Fransa ilə Britaniya arasıdakı La-Manş boğazını "Eurotunnel" vasitəsilə keçərək Dumanlı Albiona adlamağa çalışan miqrantlar arasında da uşaqlarla yeniyetmələr az deyil.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hazırda Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan miqrantlar arasnıda 4 minə yaxın uşağın Britaniyaya "sızdığı" deyilir.
Problemin həll yollarını aramaq üçün dünən Kaledə Fransa və Britaniya DİN nümayəndələrinin görüşü olub. Görüşün moderatoru Kale merinin təmsilçisi Nataşa Buçar idi.
Son altı ayda Kaledən Britaniyaya 9 mindən artıq miqrant keçib. /

Google+ WhatsApp ok.ru