Brüsseldəki terroru törədənlərin kimliyi məlum olub - FOTO

Maide.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Brüssel hava limanında törədilən terror aktınının iştirakçıları məlum olub. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Onların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.
 
Qeyd edək ki, “Zaventem” beynəlxalq hava limanında və metroda baş verən terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər yaralanıb. 

Google+ WhatsApp ok.ru