Brüssel səhəri partlayışlarla açdı - VİDEO

Brüssel səhəri partlayışlarla açdı - VİDEO

Sen-Jil bölgəsində bu gün səhər bir neçə partlayış səsi eşidilib. 
 
Maide.Az Daily Mail qəzetinə istinadən bildirir ki, Brüsseldə bu gün ən azı iki partlayış baş verib. Partlayış Avropa parlamentinin binasının yaxınlığında qeydə alınıb.
 
Şəkillərdə də aydın görsənir ki, baş vermiş hadisə zamanı dayanacaqda duran bir neçə maşın alov tutub yanır. Mənbə bildirir ki, yanan avtomobillər yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin xəsarət alanlar barədə heç bir məlumat verilmir. 
 
 
Baş vermiş terror hadisəsini İŞİD terror qruplaşması öz üzərinə götürüb. 
 
Xatırladaq ki, partlayışın baş verdiyi Sen-Jil bölgəsi Brüsselin işgüzar rayonu sayılır.
 
Qeyd edək ki, bu il martın 22-də Brüsseldə ard-arda bir neçə terror aktı baş vermişdi. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb. /

Google+ WhatsApp ok.ru