Bu açıqlamanı mən yaymamışam - Kamran Əliyev

Bu açıqlamanı mən yaymamışam - Kamran Əliyev

Bir neçə gündür ki, avtomobillərin üzərində “Satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılan açıqlamasının müzakirəsi gedir.
 
Maide.Az Musavat.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Kamran Əliyev bundan xəbərsiz olduğunu bildirib:
 
“Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə “Satılır” sözünün yayılması niyə qadağan olunmalıdır ki?.. Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.
 
Qeyd edək ki, ekspert Ərşad Hüseynov bunun hər hansı hüquqi əsasının olmadığını bildirmişdi.
 
"Çünki şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından "Reklam haqqında" qanunun tələbləri ona şamil oluna bilməz", - Hüseynov qeyd etmişdi.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da Axar.az-a açıqlamasında avtomobilinin üzərinə “Satılır” elanı yazanların cərimələnməsi ilə bağlı qanunvericilikdə hər hansı tələb olmadığını, buna baxmayaraq, bu cür elanların sürücülər arasında diqqəti yayındırdığını və elana qarşı təbliğatın aparılmasının daha vacib olduğunu demişdi.
 

Google+ WhatsApp ok.ru