Bu dəqiqələrdə Hirkan Milli Parkında güclü yanğın başlayıb 07 Avqust 2014 01:00 Hadisə Bu dəqiqələrdə Hirkan Milli Parkında güclü yanğın başlayıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın güclü olduğundan ora çoxsaylı yanğınsöndürən, xilasedici cəlb olunub. Hadisə yerinə Lənkəran, Liman, Astara rayonlarından 7 yanğınsöndürən göndərilib. Lakin yanğının miqyasını və güclü olmasını nəzərə alaraq, Biləsuvar və Cəlilabad rayonlarından da əlavə yanğınsöndürən qüvvə vəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində çalışılır. Qeyde dək ki, adıçəkilən parkda ötən ayda yanğın baş verib. Yanğının qarşısını almaq üçün yanğınsöndürənlər bir necə gün işləməli olublar. Teqlər : #Bu dəqiqələrdə Hirkan Milli Parkında güclü yanğın başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda dənizdə batan 5 uşaqdan ikisinin meyiti hələ tapılmayıb MSK sədri Məzahir Pənahovun yaxın qohumu Luqanskda avtomobilində partladılaraq öldürülüb