Buddist alim Shailendra müsəlman olub `Əli` adını seçdi

Hindistanın Kalkuta şəhərində doğulub böyüyən 33 yaşlı Buddist alim Türkiyədə şəhadət gətirərək müsəlman olub.
 
Maide.az xəbər verir ki, buddist Shailendra Singh universitet təhsilindən sonra magistratura üçün Malayziyaya yola düşüb. Burada müsəlmanlardan təsirlənərək İslamı araşdırmağa başlayan Singh doktorantura təhsilindən sonra Türkiyəyə gəlib.
 
 Hacettepe Universitetində təhsilini davam etdirən Singh, Diyanət İşlərinin yanındakı Əhməd Həmdi Akseki məscidini ziyarət edib.
 
 Məscidin mənəvi havasından əziyyət təsirlənən Singh İslamı seçib və "Əli" adını qəbul edib.  
 
 ALLAHA UZAQ OLDUĞUMU HİSS ETDİM
 
Singh müsəlman olduğu üçün ondan imtina edən buddist anasının küsdüyünü bildirib.
 
 Malayziyadakı ərəb dostlarından təsirləndiyini bildirən Singh, "onların ibadətlərini görəndə həyatımda bəzi şeylərin əskik olduğunu anladım. Allaha uzaq olduğumu hiss etdim. Araşdırmalara başladım. İnternetdən bir çox moizə dinlədim", - deyir.
 
 Türkiyəyə gəldikdən sonra da araşdırmalarının davam etdiyini bildirən Singh, Əhməd Həmdi Akseki məscidinin mənəvi havasından təsirləndiyini və orada qərar verərək müsəlman olduğunu bildirir.
 
İMAM ƏLİDƏN (Ə) ÇOX TƏSİRLƏNDİM
 
 Yeni adını də İmam Həzrət Əlidən (ə) təsirləndiyi üçün seçdiyini bildirən Singh, "Onu da araşdırmış, həyatına dair məlumat sahibi olmuşdum. Onun həyatında özümə qarşı güc tapdım" söyləyir.
 
 Singh 10 il boyunca içindəki mənəvi boşluğu doldurmaq üçün araşdırmalar apardığını, indilərdə isə bu boşluğu Quranı-Kərim tərcüməsi oxuyaraq qarşıladığını qeyd edib.
 
 Sünnətin də Qurani-Kərimdə bildirildiyini ifadə edən Singh, "müsəlmanlar 1400 ildir sünnət olur. Dünya Səhiyyə Təşkilatı da bunun elmi olduğunu qeyd edib. Mən də İslamı seçdikdən sonra bir borc olaraq sünnət oldum" deyib.

Google+ WhatsApp ok.ru