Bu gün əksər rayonlarda qaz olmayacaq 22 Aprel 2015 01:00 Xəbərlər Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilir ki, tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə, Sabunçu rayonunun Bül-Bülə, Bilgəh, Maştağa qəsəbələrinin, eləcə də Ramanı südçülük sovxozu və Subtropik sovxozunun bir hissəsinə, Binəqədi rayonunun Motodrom adlanan yaşayış massivinə və Biləcəri qəsəbəsinin bir hissəsinə Nərimanov rayonunun Atatürk prospektinin bir hissəsinə, Xətai rayonunun Mehmandarov, Şıxlınski, M.Rüstəmov və Telnov küçələrinin bir hissəsinə, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Teqlər : #Bu gün əksər rayonlarda qaz olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vətəndaşlar “ASAN xidmət”-in səyyar avtobusları haqda operativ məlumat ala biləcəklər Azərbaycan pasportu gücünə görə 57-ci yerdədir