Bu gün Bakıda 33 dərəcə isti olacaq

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, temperaturun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı ehtimalı var. Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25 isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26 isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 isti təşkil edəcək.
 
Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə temperatur 37 dərəcə istiyə qədər artacaq.

Google+ WhatsApp ok.ru