Bu gün Bakının bəzi hissələrinə su verilməyəcək

Maştağa və Ramana anbar komplekslərini birləşdirən yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulması işləri ilə əlaqədar 4 mart 2016-cı il tarixində gün ərzində Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Ramana Südçülük Sovxozu adlanan əraziyə, Aeroport yolunun sağ və sol hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə Maide.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru