Bugün Beynəlxalq Ərəb dili günüdür

BMT-nin 6 rəsmi dilindən biri olan ərəb dili hər il 18 dekabr tarixində qeyd edilir.

Maide.az məlumat verir ki,  2010-cu ildən etibarən BMT-nin Beynəlxalq Dillər Departamentinin qərarı ilə 18 dekabr Beynəlxalq Ərəb dili günü kimi qeyd edilir. Mütəxəssislər bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini bildirirlər.

Qeyd edək ki,  hazırda dünyada 300 milyondan çox insanın danışdığı ərəb dili 1973-cü ildə BMT-nin Baş Assembleyasında qurumun rəsmi dili elan edilib. /

Google+ WhatsApp ok.ru