Halal yumurta istehsalına başlandı

Maide.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatarıstanda “Yaratel” brendi ilə ilk halal yumurta istehsalına başlanılıb.
“Ak-Bars” şirkətlər qrupunun Laişevski rayonundakı quşçuluq fermasında istehsal olunan yumurtalar digərlərindən tərkibi ilə fərqlənir. 
Şirkət gündəlik istehsal etdiyi 1 milyon 620 min ədəd yumurtanın 20%-nin halal istehsal edilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.
 
Artıq fermanın halal yumurta istehsalı üçün tələb olunan qidalarla təmin olunduğu bildirilib. Belə ki, bundan sonra fermada halal yumurta “istehsal” edən toyuqlara tərkibində heyvan yağı və balıq unu olan qidalar verilmir.
 
Bunun əvəzində heyvanların rasionuna bitki mənşəli qidalar daxil edilib. Habelə halal yumurtaların ekoloji təmiz qablaşdırılması da təşkil edilib. Şirkətin direktoru yerli mətbuata açıqlamasında halal yumurtalarla bütün ölkəni təmin etmək iqtidarında olduqlarını vurğulayıb./

Google+ WhatsApp ok.ru