Bu gündən retro vaqonlar xəttə buraxılıb

Bu gündən retro vaqonlar xəttə buraxılıb

Bu gündən "Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb.
 
Maide.Az bildirir ki, Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
 
Məlumata görə, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulub.
 
Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30 da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.
 
Qeyd edək ki, retro vaqonların qoşulduğu iki qatar yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttdə çıxarılacaq.
 

Google+ WhatsApp ok.ru