Bu gün dindarlar `Tubzon`-a gediblər, polislər işə qarışıb- Foto

Bu gün səhər saatlarında dindarlar islamçı məhbusların taleyi ilə maraqlanmaq üçün "Tubzon"-a gediblər
İslamazeri.az xəbər verir ki, həbsxana qarşısında toplanan dindarların narahatçılığına "Tubzon" rəsmilərindən heç kim cavab verməyib. Bundan sonra əraziyə polislər gəlib və məsələni aydınlaşdırıblar. Daha sonra müalicə müəssisəsinə daxil olaraq dindarların narazılığını CÇM rəsmilərinə çatdırıblar.
Polislərə bildirilib ki, sabah Araz Quliyev və digər islamçı məhbuslarla ailələrini görüşdürəcəklər. Bundan sonra İslamçılar həbsxananın qarşısını tərk ediblər.  /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru