IV `Uşaq Mövlud Olimpiadası`nın qalibləri mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - IV "Uşaq Mövlud Olimpiadası"ı keçirilib. Yanvar ayının 11-də Mövludla bağlı keçirilmiş bayram tədbirində olimpiadanın qaliblərinə mükafatlar təqdim edilib.
 
"Uşaq Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyi ilə təşkil edilir.
 
IV "Uşaq Mövlud Olimpadası"nın nəticələrinə görə, 52 nəfər önəmli nəticə göstərib. 7 nəfər üçüncü nəticə, 5 nəfər ikinci nəticə, 40 nəfər isə birinci nəticə göstərib.

"Uşaq Mövlud Olimpiadası"nın sualları Doktor Seyyid Cəfər Şəhidinin “İslam tarixi və təhlillər” kitabının I-IV fəsillərindən tərtib edilib. Olimpiadaya düşə biləcək 50 sual öncədən uşaqlara təqdim olunub.
 
Tədbirin təşkilatçılarından "Deyerler.org"a verilən məlumata görə, olimpiadaya müxtəlif yaş həddində 80-dən çox uşaq qatılıb.
 
Sonda bir daha mübarək Mövlud münasibətilə Sizləri təbrik edirik. /


 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru