`Bu gün müqavimətin məntiqi ilə deyirəm: Zəfər Qəzzanındır!`

`Fələstin işğalının ən təhlükəli mərhələsindəyik`

 "YDH"-nin məlumatına görə, Livan "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah "Beynəlxalq Qüds Günü" tədbirində çıxış edib:  

"Qəzzada yaşananlar və "Beynəlxalq Qüds Günü" bu gün bizim görüşməyimizi zəruri etdi.  
İmam Xomeyni tərəfindən elan edilən və İran İslam İnqilabının lideri Seyid Əli Xamenei tərəfindən vurğulanan "Beynəlxalq Qüds Günü" bizim üçün əsas prinsiplərdən biri kimi Qüds və Fələstin ağlımızda, düşüncəmizdə, mədəniyyətimizdə və vicdanımızda olmalıdır.  

İmam Xomeyninin Ramazan ayının son cüməsini "Qüds Günü" elan etməsi, bu məsələnin müqəddəsliyini və islamlığını vurğulamaq üçündür.  

İslam ümmətinin bu günü xatırlamağa olan ehtiyacı hər keçən gün daha çox hiss olunur. İslam dünyasının vəziyyətinə baxdığımızda bu günü diri saxlamağın əhəmiyyətini hiss edirik.  

Sionistlərin Fələstinin bir hissəsini işğal etdikdən sonra, bütün torpaqların hakimiyyətini ələ aldıqdan sonra, Fələstinin digər ərazilərini zəbt etmək əsas arzuları və hədəfləri olub.  

İşğaldan sonrakı hədəfləri Fələstin iddiasını aradan aparmaqdır. Fələstin torpaqlarının bir qarışını da əsil sahiblərinə verməyi və tək bir qaçqının evnə qayıtmasını heç zaman düşünmədilər. Onlar bu böyüklükdə məsələni, müqəddəs torpaqları və xalqı bir neçə ildə silə bilməyəcəklərini, hətta bir neçə nəsil sonra da bunu edə bilməyəcəklərini bilirlər. Bu səbəbdən də uzun müddətli proqram hazırlayıblar.    

1948-ci ildən sonra baş verən hadisələri araşdırdıqda, Fələstin məsələsini aradan aparmaq məqsədi ilə hazırlanan planları anlaya bilərik. Bu təhlükə hələ də ciddi şəkildə davam edir. Fələstin və Qüds məsələsinin aradan aparılması üçün hər ölkədə müxtəlif problemlər çıxardılar.    

Bu gün bəzi ölkələrdə benzinin, qazın və çörəyin qiyməti əsas məsələlər sırasında yer alır. Onlar bu cür məsələləri əsas məsələlər halına gətirilməsini istəyirlər. Xalqlar arasında əlaqələri kəsmək istəyirlər. Livan, Misir, Suriya və Fələstin xalqlarının əlaqələrini kəsmək üçün qaranlıq otaqlar qurdular.  

Livanda intihar hücumları üçün canlı bombalar qəsdən və planlı olaraq fələstinlilərdən seçilir. Lakin bütün planlara və problemlərə baxmayaraq, müqavimət bölgədə və dünyada yayılır. Qəzzada baş verənlər bunun sübutudur.    

Suriya təslim olmadı. İran inqilabı Fələstin və Livan müqavimətinə verdiyi dəstək və müqavimətin İsrail qarşısında zəfərləri də bir sübutdur. Ən önəmlisi isə Fələstin xalqı ümidsizliyə və təslimiyyətə qarşı zəfər qazandı. Fələstin xalqının müqaviməti atadan oğula bir miras kimi keçdi.  

Fələstin xalqı çətin yaşam şəraitinə və köç etmək vəsvəsələrinə baxmayaraq, torpaqlarına, yurdlarına sadiq qaldılar, təslim olmağa yanaşmadılar və xalq olaraq müqavimət etməyə davam edirlər.    

Fələstin işğalının ən təhlükəli mərhələsindəyik. ABŞ və İsrailin, qərb ölkələri və təşkilatlarının hazırladıqları və hələ də tətbiq etdikləri planları nəzərdə tuturam. Bu gün qarşı-qarşıya qaldığımız vəziyyət, Fələstinin işğal edilməsindən sonra ən təhlükəli mərhələdir. Buna səbəb də ərəb inqilabından sonra planların aradan getməsidir. Ərəb inqilabları ilk əvvəl pak və düzgün niyyətlə başlamışdı. Bəziləri bu inqilabları oğurladı və istədikləri istiqamətə dəyişdirdi.  

Bu gün bölgəmizdə xalqların ordularının və toplumlarının aradan aparılmasına və yüz illərlə həll edilə bilməyəcək problemlərin yaradılmasına şahid oluruq.  

Hər zaman sionist rejimə qarşı sağlam bariyer olan Suriya - inşaAllah qalmağa da davam edəcək - Fələstin müqavimətinin ən böyük dəstəkləyicisidir və bir çox problemlərlə boğuşur. İraq qaranlıq bir tunelə girdi. Təəssüf ki, İslam adı ilə, İslam xilafəti adı ilə xristian ailələr köçməyə məcbur edildi.  

Sünnilərin iki seçim haqqı var, ya İŞİD-ə beyət etməlidirlər, ya da başları kəsiləcək. Şiələrin isə seçim haqq heç yoxdur və "dindən çıxmış" ittihamı ilə başları kəsilir.  

Bizim müsəlman olaraq hər birimizin vəzifəsidir ki, İraqda müsəlman və xristianlara qarşı edilənləri qınayaq.   Kilsələri, peyğəmbərlərin qəbirlərini, məscidləri dağıdan birinin bir gün Məscidi-Əqsanı dağıtmağı düşünməsindən və bunu təbii məsələ kimi qəbul etməsindən ehtiyat etmək lazımdır.  

İslam ümməti ən çətin dövrünü yaşayır. Düşmənin birinci hədəfi Fələstindir. Bizim vəzifəmiz bu fitnə zamanı hansı addımlar atacağımızı və bu təhlükə ilə necə mübarizə edəcəyimizi bilməkdir.    

3 məskunlaşdırılmış yəhudinin və ya əsgərin qaçırılması müharibənin bəhanəsi ola bilər, səbəbi yox. İsrail bunu bir fürsət olaraq istifadə edir. Eynilə Kondoliza Rays planının Livan müharibəsində olduğu kimi.  

İsrail bu qaçırılma hadisəsini fələstinli qrupların üstünə atdı. 3 istiqamətdən evləri, məktəbləri və məscidləri bombalamağa, xalqı öldürməyə başladı. Beynəlxalq ictimaiyyətin susqunluğunu, ABŞ, qərb ölkələrinin, BMT-nin və bəzi ərəb ölkələrinin dəstəyini arxasına aldı.  

Amma bu hücumlara qarşı Qəzza xalqı, müqavimət qrupları qərarlı mübarizəyə qalxdı.  

Bir daha vurğulayıram. Nəticə bu 3 səbəbdən asılı olacaq. Meydandakı güc, xalqın mübarizəsi və siyasi istiqamət.  

Düşmən təkcə HƏMAS və "İslami Cihadı" deyil, bütün Qəzza mübarizəsini hədəf alıb. Qəzzadakı bütün tunellər, müqavimətin hər raketi hədəfləridir. Düşmən Qəzza xalqının damarlarındakı müqavimət ruhiyyəsini hədəfə alıb.  

İsrailin özü bacarmayacağı bir nöqtəyə gəlib və ABŞ-dan dəstək almağa məcbur olması perspektivinə malikdir.    

Bu gün müqavimətin məntiqi ilə söyləyirəm: Zəfər Qəzzanındır. Sionistlər və bütün dünya anlamalıdır ki, Qəzzada müqavimət zəfər qazanacaqdır. Mən müqavimətin qələbə qazanacağını elan edirəm.  

İsrailin uduzması, müqavimətin imkanlarını ölçə bilməməsi, kəşfiyyatının və hərbi hava qüvvələrinin uğursuzluğu ilə aşkara çıxdı. Bir neçə ay əvvəl İsrail hərbi hava qüvvələrinin komandiri 24 saata Livanı, 12 saata da Qəzzanı vuraraq, döyüşlərə son verə biləcəklərini demişdi.  

Lakin 18 gün keçməsinə baxmayaraq Qəzzanı mühasirəyə almalarından bəhs edirlər. Bəzi İsrail mediası da uduzduqlarını etiraf etdilər.  

İtkiləri və qorxuları İsrail komandirlərinin üzlərindən oxunur. Bu səbəblə də uşaqları və mülki vətəndaşları öldürərək, xalqın müqavimətə dəstəyini qırmaq istəyirlər. İsrail müqaviməti məsələnin öz istədiyi kimi həll olunmasına məcbur etməyə çalışır. Bunun səbəbi İsrail ordusunun əsgər kimi yox, qatil və cani kimi Qəzzaya hücum etməsidir.  

Qəzzalılar onlara, "ördəklər, siz sadəcə uşaqları öldürürsünüz, bizim qəhrəmanlarımızla qarşılaşdığınız zaman necə çökdüyünüzü görürsünüz." - deyirlər.  

Fələstin müqaviməti və dostları ilk gündən bəri birlik və vəhdət içindədirlər. Hədəfləri Qəzza blokadasının ləğvidir.  

İlk dəfədir ki, İsrail rejiminin işğal etdiyi hər əraziyə raketlər çatır. Bu böyük əziyyətlərin məhsuludur. Xalq mübarizəni dəstəkləyir. Siyasi iradə və qərarlılıq da özünü göstərir. Bütün təzyiqlərə baxmayaraq, müqavimət ilk gündən atəşkəsə qarşı çıxdı. Amma düşmən atəşkəs istədi.  

İordan çayının qərb sahillərində yaşayan fələstinlilərin qiyamı da düşmənə zərbə oldu. Xalqın geniş miqyaslı qiyamının şahidi oluruq.  

Bəzi ərəb ölkələri Netanyahunun hücumlara davam etməsini istəyir. Müqavimət atəşkəs şərtlərini İsrailə qəbul etdirəcək. İsrail fəryad edərək ABŞ-dan xilas olması üçün kömək istəyəcək.  

Ərəb və İslam ölkələrini blokadanın ləğv edilməsi üçün Fələstin müqavimətinin siyasətçilərinə dəstək verməyə çağırıram.  

"Hizbullah" olaraq Fələstin xalqının və bütün fələstinli müqavimətçi qrupların yanında olacağıq. Fələstin müqavimətinə dəstəyimizi əsirgəməyəcəyik. Onların qələbəsi hamımızın qələbəsidir, məğlubiyyəti isə hamımızın məğlubiyyətidir." 

Seyid Həsən Nəsrullah çıxışının sonunda İsrail rejiminə xəbərdarlıq edərək deyib:  

"Sizlər hörümçək yuvasındasınız. Məğlubiyyətinizi Qəzzada qalaraq intihara çevirməyin!" İslamazeri.az /

Google+ WhatsApp ok.ru