Bu gün Putinin Fransaya səfər edəcəyi gözlənilir

Bu gün Putinin Fransaya səfər edəcəyi gözlənilir

Rusiya prezidenti Vladimir Putin mayın 29-da Parisə səfər edəcək.
 
Rusiya mətbuatı xəbər verir ki, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.
 
Məlumata görə, prezidentlər Versal sarayında keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukrayna və Suriya böhranının nizamlanmasını, habelə digər beynəlxalq problemləri müzakirə edəcəklər.
 
Səfər çərçivəsində iki liderin tanışlığı, onların məhdud tərkibdə qeyri-formal danışıqları, daha sonra isə geniş tərkibdə görüş planlaşdırılır.(Avropa.info)
 

Google+ WhatsApp ok.ru